Karyera

Vakansiya seçin

Sizə uyğun vakansiyanı seçin

CV-nizi bizə göndərin

CV-nızı bizə göndərin

Üzv olun

Komandamızın üzvü olun

site.vakansiyalar

Vəzifə öhdəlikləri:

- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;

- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;

- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;

- Aktivlərin idarə olunması və xərclərin effektivliyini qiymətləndirmək;

- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını yoxlamaq;

- Audit müşahidələri, tövsiyələr və tədbirlərdən ibarət hesabatlar hazırlamaq;

- Audit tövsiyələrinin icrasını izləmək və yoxlamaq;

- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsinə yönəlmiş layihələrdə iştirak etmək.


Namizədə tələblər:

- Ali təhsil (Maliyyə, Hüquq, Mühasibat uçotu, Audit, İqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə);

- Azərbaycan dili (ana dili), rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları;

- Microsoft Office proqramları (xüsusən Word və Excel) üzrə əla biliklər;

- Minimum 1 illik iş təcrübəsi (daxili audit, risk menecment, daxili nəzarət, maliyyə menecmenti və s. sahələrdə – bank, investisiya şirkəti və ya kənar audit təcrübəsi üstünlükdür);

- Risklərin qiymətləndirilməsi və analitik təhlil bacarığı;

- Hesabatların hazırlanması və rəhbərlik qarşısında təqdimat bacarığı;

- Yüksək analitik və kritik düşünmə, təşəbbüskarlıq, qərəzsizlik, obyektivlik, müstəqillik, ünsiyyət bacarıqları və inkişaf həvəsi;

- Vətəndaşlıq qüsursuzluğu.

Üstünlük veriləcək namizədlər:

- Peşəkar sertifikasiyalara (CIA, ACCA, CFA, CISA, COSO, CPA, CFSA, CIMA, DipIFR və s.) malik olanlar;

- Maliyyə sahəsində – bank, investisiya şirkətləri və ya Big 4 təcrübəsi olanlar;

- Risklərin idarə edilməsi üzrə təcrübə və CFA, FRM, CERM və s. sertifikatlara sahib olanlar;

- Data analitika proqramları ilə işləmə bacarığı olanlar.


İş şəraiti:

- İş günləri: 5 günlük iş qrafiki;

- Nahar fasiləsi: 13:00–14:00;

- İş yeri: Bakı şəhəri.

Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər CV-lərini hr@abbinvest.az ünvanına mövzu yerində “Daxili audit şöbəsinin auditoru / aparıcı auditoru” başlığı ilə göndərə bilərlər.

 

site.join_our_team
site.niye_biz
Peşakar inkişaf

Professional inkişafınız üçün şirkət tərəfindən dəstək!

Кaryera yüksəlişi

Əmin addımlarla bizimlə zirvələrə yüksəliş!

Təcrübəli komanda

Karyeranızı daima inkişaf edən muassir komanda ilə qurun!

site.ne_deyirler

Peşəkar biliklərə yiyələnmək və Kapital bazarları haqqında geniş təcrübə əldə etməyi arzulayırsınızsa, ABB-İnvest Sizin üçün ən doğru seçimdir. Səhmdarı Azərbaycanın ən böyük bankı - Azərbaycan Beynəlxalq Bankı olan Şirkətimizin gələcək uğurlarının və layihələrinin bir parçası olmaq istəyirsinizsə, mövcud vakansiyalara müraciət edin.

Vüqar Tanırverdiyev

Yerli Bazar Əməliyyatları departamenti Direktoru