Kotirovka sorğusunun adı: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”inə dair uyğunluq auditinin satınalınması məqsədilə kotirovka sorğusu
Kotirovka sorğusunun elan tarixi: 23.02.2026
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 40 C ünvanında yerləşən “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin ofisinə 4 mart 2026-cı il saat 17:00-a qədər təqdim etməyiniz xahiş olunur.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 05.02.2026-cı il saat 15:00-da keçiriləcəkdir.
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd edilənləri diqqət yetirməlidirlər:
Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar iştirak niyyətini bildirmək üçün Sarvinaz.Hajizada@abb-bank.az və Fidan.Mammadova7@abb-bank.az e-poçt ünvanına şirkətin adını qeyd etməklə “iştirakımı təsdiq edirəm” mətnini göndərməlidir.
Göndərilən müraciətdə e-poçtun “subject” hissəsində - “ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən İnformasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi üzrə müstəqil auditor rəyinin alınması - qeyd edilməlidir.
İddiaçının dövlət reyestrindən çıxarış sənədi qeyd olunan e-poçt ünvanlarına bərkildilərək təqdim edilməlidir.
İddiaçıların imzalanmış və ya möhürlənmiş şəkildə qapalı zərfdə təqdim etdiyi qiymət kotirovkaları, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər də daxil edilməklə, manatla göstərilməlidir.
Kotirovka təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü təşkil etməlidir.
Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin əməkdaşına (Fidan Məmmədova: +994 50 263 77 63, elektron poçt ünvanı: Fidan.Mammadova7@abb-bank.az) müraciət edə bilərsiniz.
Satınalma Komissiyası
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən podratçıların
Performans dəyərləndirilməsi prosesi
1.4. ABB-İnvest ilə müqavilə bağlamış podratçının (malgöndərənin) müqavilə öhdəlikləri bitdikdən sonra müqavilə predmeti üzrə ABB-İnvest tərəfindən performans dəyərləndirilməsi həyata keçirilir. Performans dəyərləndirilməsi prosesi müvafiq satınalma üzrə təhlil və müqavilə imzalanma mərhələsində, o cümlədən müqavilə imzalandıqdan sonrakı mərhələdə şirkətin fəaliyyəti, əməkdaşlıq və müqavilə öhdəliklərini icra etmə səviyyəsi nəzərə alınmaqla icra edilir.
1.5. Müqavilə imzalandıqdan sonrakı mərhələ üzrə dəyərləndirmə
Malın/işin/xidmətin tələb olunan spesifikasiyaya və keyfiyyətə uyğunluğu
Şərtlərə uyğun çatdırılma müddəti
Müqavilə üzrə öhdəliklərin icrası
İşə məsuliyyətli yanaşma və operativlik
Yaranan problemlərin çevik şəkildə həll edilməsi
1.6. Satınalmanın təhlili və müqavilə imzalanma mərhələsi üzrə dəyərləndirmə
Sorğuların operativ cavablandırılması (iddiaçı sənədləri, nümunə, müqavilə)
Əməkdaşlıq münasibətləri (güzəştlər, hesab açılması)
Müştəri yönümlü yanaşma (istəklərin qarşılanması)
Vaxtında təchizat imkanları (təklif təqdim edildiyi zaman)
Ödəniş şərtləri
1.7. Performans dəyərləndirilməsinin nəticəsi tələb olunan baldan aşağı olduqda, podratçının (malgöndərənın) adı “Etibarsız podratçılar (malgöndərənlər) siyahısı”na daxil edilə bilər.
23 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026