Karyera

Vakansiya seçin

Sizə uyğun vakansiyanı seçin

CV-nizi bizə göndərin

CV-nızı bizə göndərin

Üzv olun

Komandamızın üzvü olun

Son vakansiyalar

Komandamıza yüksək təcrübəyə malik Senior iOS Developer axtarırıq. Bu rolda siz iri miqyaslı, modul əsaslı bank tətbiqinin layihələndirilməsi, hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsində əsas rol oynayacaq, Product Manager, UI/UX dizaynerləri, Backend və QA komandaları ilə sıx əməkdaşlıq edəcəksiniz.

Siz yalnız inkişaf prosesində deyil, həm də texniki və arxitektura qərarlarının qəbulunda, kod keyfiyyətinin yüksəldilməsində, Code Review prosesində və digər proqramçıların mentorluğunda iştirak edəcəksiniz.

Əsas vəzifələr


* iOS tətbiqinin layihələndirilməsi, hazırlanması və inkişaf etdirilməsi;

* Yeni funksionallıqların dizaynı və implementasiyası;

* Mövcud funksionallıqların təkmilləşdirilməsi və texniki dəstəyi.

* Xidmət və sistemlərin REST API-lər vasitəsilə tətbiqə inteqrasiyası;

* Yüksək keyfiyyətli, oxunaqlı və test edilə bilən kodun yazılması;

* Tətbiqin performansının, stabilliyinin və ümumi keyfiyyətinin təmin edilməsi;

* Tətbiqin monitorinqi, production mühitində yaranan səhvlərin və texniki problemlərin araşdırılması və aradan qaldırılması;

* Texniki arxitektura və dizayn qərarlarının hazırlanmasında iştirak;

* Code Review prosesində iştirak və komanda üzvlərinə mentorluq;

* Agile/Scrum proseslərində aktiv iştirak.


Tələblər


* iOS proqramlaşdırılması üzrə minimum 5 il iş təcrübəsi;

* Swift proqramlaşdırma dilini yüksək səviyyədə bilmək;

* SwiftUI və UIKit ilə işləmə təcrübəsi;

* Kod və SnapKit ilə UI qurma təcrübəsi;

* MVVM, Coordinator (MVVM+C), Clean Architecture və modul arxitektura üzrə biliklər;

* OOP və SOLID prinsiplərini dərindən bilmək;

* iOS SDK və Apple Human Interface Guidelines üzrə dərin bilik;

* Async/Await, GCD və multithreading ilə işləmə təcrübəsi;

* REST API inteqrasiyaları üzrə təcrübə;

* Push Notification və Deep Linking ilə işləmə təcrübəsi;

* Core Data, Keychain və UserDefaults ilə lokal məlumatların idarə edilməsi bacarığı;

* Dependency Injection prinsipləri və DI container-lərlə işləmə təcrübəsi;

* Git və Swift Package Manager (SPM) ilə işləmə bacarığı;

* CI/CD prosesləri ilə işləmə təcrübəsi;

* Analitik düşüncə və problem həll etmə bacarığı;

* Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı;

* Texniki ingilis dili biliyi.


Üstünlük hesab olunur


* Tuist ilə modul əsaslı layihələrdə iş təcrübəsi;

* Swinject ilə işləmə təcrübəsi;

* Unit Test və Snapshot Test-lərin yazılması təcrübəsi;

* Analytics və crash reporting alətləri ilə işləmə təcrübəsi;

* Biometrik autentifikasiya və 3DS daxil olmaqla mobil tətbiq təhlükəsizliyi üzrə biliklər;

* Bank, fintech və ya iri məhsul layihələrində iş təcrübəsi;

* App Store-a tətbiq yerləşdirmə təcrübəsi.


Təklif edirik


* Müasir texnologiyalarla işləmək imkanı;

* Peşəkar və dinamik komanda;

* İri miqyaslı və innovativ bank məhsulu üzərində işləmək imkanı;

* Davamlı peşəkar inkişaf və təlim imkanları;

* Karyera inkişafı üçün geniş imkanlar.


İş şəraiti:


- İş günləri: 5 günlük iş qrafiki;

- Nahar fasiləsi: 13:00–14:00;

- İş yeri: Bakı şəhəri.


Müraciət qaydası:


Tələblərə cavab verən namizədlər CV-lərini hr@abbinvest.az ünvanına mövzu yerində “Senior iOS Developer” başlığı ilə göndərə bilərlər.

Bizə qoşul

İş haqqında

- Android tətbiqlərinin end-to-end inkişafına və arxitekturasına cavabdeh olmaq (design → development → production);

- Scalable və maintainable arxitektura qurmaq (Clean Architecture, multi-module yanaşma);

- Məhsul və dizayn komandası ilə birlikdə işləyərək texniki qərarların verilməsində aktiv iştirak etmək;

- Back-end komandası ilə sıx əməkdaşlıq edərək API kontraktlarını formalaşdırmaq və optimallaşdırmaq;

- Code review, mentoring və best practice-lərin tətbiqini təmin etmək;

- Performans problemlərini analiz etmək və optimizasiya həlləri tətbiq etmək (memory, threading, network);

- CI/CD proseslərinə töhfə vermək, build və deployment pipeline-larını təkmilləşdirmək;

- Test strategiyasını qurmaq və unit, UI və integration testlərin keyfiyyətini təmin etmək;

- Yeni texnologiyaları araşdırmaq və məhsula uyğun şəkildə tətbiq etmək.

Tələblər

- Minimum 5+ il Android development təcrübəsi;

- Kotlin üzrə dərin biliklər (Java knowledge bonus);

- Android SDK, lifecycle, müxtəlif device və OS versiyaları üzrə güclü anlayış;

- Clean Architecture, MVVM/MVI və modularization üzrə praktik təcrübə;

- Asinxron proqramlaşdırma: Coroutines, Flow ilə təcrübə;

- Dependency Injection (məs: Hilt / Dagger);

- REST API-larla işləmə və network layer dizaynı (error handling, retry, caching və s.);

- UI development: Jetpack Compose və View sistemi üzrə təcrübə;

- Testing: unit test, UI test və test coverage yanaşmaları;

- CI/CD alətləri ilə iş təcrübəsi (GitLab CI və s.);

- Git ilə advanced səviyyədə işləmə (branching strategy, code review və s.);

- Agile/Scrum mühitində işləmə təcrübəsi;

- Problemləri analiz etmək və biznes tələblərini texniki həllərə çevirmək bacarığı.

Üstünlüklər (Nice to have)

- Firebase Cloud Messaging və real-time sistemlərlə təcrübə;

- Performance tuning və profiling alətləri ilə iş;

- Security best practices (data protection, secure storage və s.);

- Böyük istifadəçi bazası olan tətbiqlərdə işləmə təcrübəsi;

- Mentoring və komanda rəhbərliyi təcrübəsi.

İş şəraiti:

- İş günləri: 5 günlük iş qrafiki;

- Nahar fasiləsi: 13:00–14:00;

- İş yeri: Bakı şəhəri.

Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər CV-lərini hr@abbinvest.az ünvanına mövzu yerində “Senior Android Developer” başlığı ilə göndərə bilərlər.

Bizə qoşul
Üstünlüklərimiz
Peşakar inkişaf

Professional inkişafınız üçün şirkət tərəfindən dəstək!

Кaryera yüksəlişi

Əmin addımlarla bizimlə zirvələrə yüksəliş!

Təcrübəli komanda

Karyeranızı daima inkişaf edən muassir komanda ilə qurun!

Nə deyirlər?

Peşəkar biliklərə yiyələnmək və Kapital bazarları haqqında geniş təcrübə əldə etməyi arzulayırsınızsa, ABB-İnvest Sizin üçün ən doğru seçimdir. Səhmdarı Azərbaycanın ən böyük bankı - Azərbaycan Beynəlxalq Bankı olan Şirkətimizin gələcək uğurlarının və layihələrinin bir parçası olmaq istəyirsinizsə, mövcud vakansiyalara müraciət edin.

Vüqar Tanırverdiyev

İnvestisiya Xidmətləri departamanetinin direktoru