Ticarət şərtləri

Ümumi məlumatlar

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə bütün müştəri sifarişlərini müqaviləsi olduğu likvidlik təminatçılarına ötürməklə (A modeli) həyata keçirir

Müştərilər (peşəkar* investorlar istisna olmaqla) real ticarətə başlamazdan əvvəl investisiya şirkətinin təqdim etdiyi və real bazar dəyərləri ilə işləyən təlim (demo) hesabından 5 (beş) iş günündən az olmamaq şərti ilə ümumilikdə ən azı 30 ticarət əməliyyatı həyata keçirməlidir.


*Peşakar investor statusu müştərinin yazılı müraciəti əsasında investisiya şirkəti tərəfindən verilir. Müştəri peşəkar investor statusunu əldə etmək üçün aşağıdakı meyarlardan ən azı ikisinə cavab verməlidir:

1. Fərq müqavilələri ilə marja ticarəti üzrə son bir il ərzində marja hesabından aktiv ticarət etməsini təsdiq edən müvafiq sənədə (marja hesabından çıxarış) malik olmalıdır (aktiv ticarət dedikdə ardıcıl olaraq hər rübdə ən azı 10 (on) ticarət əməliyyatının aparılması nəzərdə tutulur);

2. Müraciət tarixinə müştəri hesabında ən azı 20 (iyirmi) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaitinin olmasını təsdiq edən bank hesabından çıxarışa malik olmalıdır; 3.maliyyə sektorunda investisiya fəaliyyəti üzrə ən azı bir illik iş təcrübəsinə malik olmalıdır.

Kompyuterinizdə platformanı işlədə bilmək üçün aşağıdakı xüsusiyyətlər tələb olunur:

  • Microsoft Windows 98SE/ME/2000/XP/Vista/7

  • 32 kbps və ya sürətli internet bağlantısı

  • 128 Mb RAM


    Yaranmış sistem xətaları zamanı istifadə edilə biləcək alternativ əlaqə vasitələri +(99412) 493 00 91 (dax. 3093)

İnvestisiya şirkəti müştərinin müqavilə üzrə və qanunvericilikə müəyyən olunmuş digər məlumatlarını həm elektron həm də fiziki daşıyıcılarda saxlayırİnvestisiya şirkəti müştəri ilə şirkət nömrələri üzərindən aparılan danışıqları qeyd edir və elektron sistemlərində müddətsiz saxlayır.

İnvestisiya şirkəti müştəri sifarişləri və əməliyyatları üzrə məlumatları hər növbəti gün saat 13:00-a qədər möhürləyir və saxlayır. Bu məlumatların eynisi şirkətin ehtiyat məlumat daşıyıcılarında da əks olunur.

Müştərinin şəxsi və hesabına aid məlumatlar müştəri ilə işin aparılması zamanı, o cümlədən qanunvericiliklə məhdudlaşdırılmayan digər hallarda istifadə oluna bilər.

Müştəri sifarişləri heç bir halda investisiya şirkətindəki hesabda eyni və ya fərqli şirkətlərdən, eyni şirkətdə eyni və ya fərqli müştərilərin adına olan hesablardan, eləcə də eyni və ya fərqli hesablar vasitəsi ilə investisiya şirkətinin müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya şirkəti bu halları aşkarladıqda müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər.

Müştəri scalping ticarəti etmək istədikdə bu barədə investisiya şirkətini məlumatlandırmalıdır. İnvestisiya şirkəti müşahidə etsə, bu növ ticarətə başladığı andan etibarən müştərinin əldə etdiyi bütün ticarət nəticələri ləğv edə bilər.

Fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və investisiya şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri bu uzaqlaşamaların müəyyən olunduğu vaxtadək belə uzaqlaşmanın yaratdığı nəticənin də daxil olduğu hesab qalığı üzrə məxaric etmişdirsə, bu zaman uzaqlaşmanın yaratdığı nəticələr qədər investisiya şirkəti qarşısında öhdəlik daşıyır.

Müştərinin eyni maliyyə aləti üzrə əks əməliyyatı onu spred genişlənməsi riskindən qorumur və hesabında qalıq vəsaitin dəyişməməsinə təminat vermir. Hesab qalığı təminat məbləğlərinin cəminin 20%-nə bərabər olduqda İnvestisiya Şirkəti müştəri mövqelərini həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıq ilə məcburi bağlayır.

Müştəri marja çağırışına əməl etmədikdə investisiya şirkəti müştəriyə əlavə çağırış etmir. Hesab üzrə qalıq təminat məbləğlərinin cəminin 20%-nə bərabər olduqda İnvestisiya Şirkəti müştəri mövqelərini həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıq ilə məcburi bağlayır.

Açıq əməliyyatlar zamanı Cari bazar qiyməti öncədən təyin olunmuş Stop əmrlərinə, eləcə də zərəri dayandır və Gəliri götür hədlərinə 10 pipdən yaxın olduğu təqdirdə əməliyyatın bağlanması və ya hədlərin dəyişdirilməsi ticarət sistemi tərəfinən məhdudlaşdırıla bilər.


İnvestisiya Şirkətinin iradəsində olmayan, eləcə də müdaxiləsi və ya nəzarəti mümkün olmayan baş verəcək bütün hallarda, təbii fəlakətlər, maliyyə böhranları, müharibələr, münaqişələr, yüksək volatilliyə səbəb ola biləcək gözlənilən və ya gözlənilməyən fundamental hadisələr və xəbərlər, ölkə, region və ya daha iri ölçüdə rabitə və internet vasitələri üzrə əlaqə, elektrik enerjisinin kəsilməsi və ya verilməsində fasilələrin yaranması, investisiya şirkətinin müştəriyə bu xidməti göstərməsi ilə bağlı 3-cü tərəflərdən aldığı xidmətin onun xidmət qabiliyyətini itirməsi, müflisləşməsi, yerləşdiyi ölkədə və ya regionda baş verən fors-major hallar üzrə dayanması və ya kəsilməsi və digər bütün bu kimi hadisələr investisiya şirkətinin müştəri ilə münasibətdə fors-major hallar sayılır.

Bu müqavilə və ya qanunvericiliklə müəyyən olunmuş bütün fors-major hallarda investisiya şirkətinin xidmət və hesablaşmalar üzrə öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yarana bilər və ya investisiya şirkəti bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmə qabiliyyətini itirə bilər. Bu zaman öhdəliklərin ödənmə qaydası Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılacaqdır.

İnvestisiya şirkətinin tətbiq etdiyi alış və satış qiymətləri arasındakı fərq, komissiya, əməliyyat mövqeyinin növbəti günə keçirilməsi ilə bağlı svop, baza aktivinin dəyişməsi ilə bağlı qiymət fərqinin hesaba tətbiqi və bu müqavilədə göstərilməyən marja ticarəti xidmətinin həyata keçirilməsi ilə bağlı digər xərclər, xidmət haqqı deyildir və əməliyyat xərci hesab olunur.

İnvestisiya şirkəti xərcləri sifarişin icra olunması vaxtında və ya daha sonra mümkün olduğu həcmdə, onun hesabından silir və ya hesablaşma zamanı müvafiq qaydada əvəzləşdirir.

Svop dünya iqtisadiyyatında baş verən iqtisadi proseslər əsasında Likvidlik təminatçısı tərəfindən müstəqil formada aşağıdakı düstur əsasında müəyyən edilir:

Svop = (Açılmış Mövqe × (Valyuta növlərinin rəsmi uçot dərəcələri fərqi + Likvidlik təminatçısı marjası) / 100) × Valyuta cütü üzrə məzənnə / 365

Hər bir maliyyə aləti üzrə komissiya və svopun həcmi ticarət platformasında göstərilir.

Svop hər bir maliyyə aləti üzərindən ayrıca, hesablaşma anına açıq mövqelər üzrə hesablanır. Müştərinin hesabında açıq mövqe olduqda müştərinin aktivlərin qaytarılması üzrə tələbini yerinə yetirmək üçün investisiya şirkəti açıq mövqelərin bağlanmasını tələb edə bilər.

Müştəri aktivlərinin geri qaytarılması ilə bağlı tələbini Investisiya şirkəti növbəti 14 (on dörd) iş günü ərzində həyata keçirir. İnvestisiya şirkəti tərəfindən xidmət haqları tətbiq edildikdə və ya dəyişdirildikdə belə dəyişiklik barədə məlumat bu cür dəyişikliyin tətbiqinə ən azı 15 (on beş) təqvim günü qalmış müştərilərə bildirilir.

Marja Ticarəti şərtləri üzrə investisiya fəaliyyəti göstərilən ticarət hesablarında açıq mövqelərin bağlanış həddi aşağıdakı şərtlərlə tənzimlənir: Açıq mövqelərdə təminat yetərsizliyi üzrə avtomatik bağlanış həddi təminat səviyyəsinin 20% həddi ilə müəyyən edilir.

Ticrət hesablarında təminat səviyyəsi 20% həddinə çatdıqda açıq mövqelər üzrə əməliyyatlar iri həcmdən və ya iri ziyanda olandan daha az həcmli və ya daha az ziyanda olana doğru ardıcıllıqla bağlana bilər. Açıq mövqelərdə təminat səviyyəsinin 20%-də bağlanılması üçün qiymət formalaşmadıqda, İnvestisiya Şirkətiaçıq mövqedə olan əməliyyatları bir sonrakı mümkün ən əlverişli qiymət ilə icra edir. Bu halda bütün əməliyyatlar bağlandıqdan sonra müştəri hesabındakı qalıqlar ilkin təminatın 20% həddindən daha aşağıda nəticələnə bilər.

Marja Çağırışı səviyyəsi təminat səviyyəsi üzrə 100% həddi hesab edilir.

Simvol Minimum lot Maksimum lot
AUDCAD 0.01 50
AUDCHF 0.01 50
AUDJPY 0.01 50
AUDNZD 0.01 50
AUDUSD 0.01 100
CADCHF 0.01 50
CADJPY 0.01 50
CADSGD 0.01 50
CHFDKK 0.01 50
CHFHUF 0.01 50
CHFJPY 0.01 50
CHFNOK 0.01 50
CHFPLN 0.01 50
CHFSEK 0.01 50
CHFSGD 0.01 50
DKKSEK 0.01 50
EURAUD 0.01 50
EURCAD 0.01 50
EURCHF 0.01 50
EURCZK 0.01 50
EURDKK 0.01 50
EURGBP 0.01 50
EURHKD 0.01 50
EURHUF 0.01 50
EURJPY 0.01 50
EURNOK 0.01 50
EURNZD 0.01 50
EURPLN 0.01 50
EURSEK 0.01 50
EURSGD 0.01 50
EURTRY 0.01 50
EURUSD 0.01 200
EURZAR 0.01 50
GBPAUD 0.01 50
GBPCAD 0.01 50
GBPCHF 0.01 50
GBPDKK 0.01 50
GBPHUF 0.01 50
GBPJPY 0.01 50
GBPNOK 0.01 50
GBPNZD 0.01 50
GBPPLN 0.01 50
GBPSEK 0.01 50
GBPSGD 0.01 50
GBPTRY 0.01 50
GBPUSD 0.01 100
HKDJPY 0.01 50
NOKJPY 0.01 50
NOKSEK 0.01 50
NZDCAD 0.01 50
NZDCHF 0.01 50
NZDDKK 0.01 50
NZDJPY 0.01 50
NZDSEK 0.01 50
NZDSGD 0.01 50
NZDUSD 0.01 50
SEKJPY 0.01 50
SGDHKD 0.01 50
SGDJPY 0.01 50
TRYJPY 0.01 50
USDCAD 0.01 100
USDCHF 0.01 100
USDCNH 0.01 50
USDCZK 0.01 50
USDDKK 0.01 50
USDHKD 0.01 50
USDHUF 0.01 50
USDILS 0.01 50
USDJPY 0.01 100
USDMXN 0.01 50
USDNOK 0.01 50
USDPLN 0.01 50
USDSEK 0.01 50
USDSGD 0.01 50
USDTRY 0.01 50
USDZAR 0.01 50
#CHINA50 1 100
#NIK225 10 100
#DE40 1 200
#FR40 1 200
#ES 1 200
#CH 1 100
#US500 1 200
#NAS100 1 200
#GB100 1 200
#EU50 1 200
#US30 1 200
#CHINA50M 0.1 10
#DE40M 0.10 10
#EU50M 0.10 10
#CHM 0.10 10
#NLM 0.10 10
#FR40M 0.10 10
#ESM 0.10 10
#GB100M 0.10 10
#US30M 0.10 10
#NAS100M 0.10 10
#US500M 0.10 10
#RUSM 0.10 10
#NIK225M 0.10 10
#HSIM 0.10 10
#AU200M 0.1 10
AIG 1.00 500
APPLE 1.00 500
BOEING 1.00 500
CISCO 1.00 500
DISNEY 1.00 500
GE 1.00 500
GOOGLEA 1.00 500
IBM 1.00 500
JPMORGAN 1.00 500
MMM 1.00 500
TESLA 1.00 500
ALIBABA 1.00 500
ATT 1.00 500
CAT 1.00 500
CITIGROUP 1.00 500
EXXON 1.00 500
GM 1.00 500
GOOGLEC 1.00 500
INTEL 1.00 500
MCDONALDS 1.00 500
PFIZER 1.00 500
VERIZON 1.00 500
AMERICANE 1.00 500
BOA 1.00 500
CHEVRON 1.00 500
COCACOLA 1.00 500
FACEBOOK 1.00 500
GOLDMAN 1.00 500
HP 1.00 500
JOHNSON 1.00 500
MICROSOFT 1.00 500
PG 1.00 500
WALLMART 1.00 500
BCHUSD 0.01 100
BTCUSD 0.01 100
ETHUSD 0.01 100
LTCUSD 0.01 100

Bizə müraciət edin

Müvafiq mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq

Demo hesab sahibi ol

Demo hesab açmaq üçün müvafiq xanaları doldurmaq kifayətdir. Avtomatik verilən login və parolu MT4 ticarət platformasına daxil edərək ticarətə başlaya bilərsiniz!

Real hesabla investisiya et

Real Forex hesabının açılması ABB-İnvestdə çox asandır. Bunun üçün "ABB" Bankın istənilən filialına yaxınlaşmağınız kifayyətdir!