Korporativ qiymətli kağızlar

Korporativ qiymətli kağızların əldə edilməsi və Baki Fond Birjası tərəfindən təşkil edilmiş bazarlarda iştirak ABB-İnvets vasitəsi ilə həyata keçirilir. Ətraflı məlumat üçün bizə müraciət edin!

Mənə maraqlıdır

Korporativ istiqrazlar haqqında məlumat

İstiqraz - emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.
İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır.

Qanunvericiliyə əsasən istiqrazlar yalnız sənədsiz adlı formada buraxılır.

İstiqrazlar təminatlı və təminatsız ola bilər.

Təmin edilmiş istiqrazlar – onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır.


BFB-də istiqrazların yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur. İstiqrazların ticarətə buraxılması üçün ilk növbədə həmin qiymətli kağızlar BFB-də listinqdən keçməlidir.


İstiqrazların kütləvi təklif qaydasında yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Qiymətli kağızların kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emissiya prospektinə və onun tərtib olunmasına dair tələblər Nəzarətedici orqan tərəfindən müəyyən edilir.


İstiqrazların təkrar bazarı artıq yerləşdirilmiş tədavüldə olan istiqrazlar üzrə təşkil olunur.

BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak ABB-İnvest vasitəsi ilə həyata keçirilir. Bunun üçün bizə müraciət etmək kifayyətdir!

Qiymətli kağızların siyahısı

“ABB” ASC

AZ2002004581

11 %

Faiz dərəcəsi

100 AZN

Nominal dəyəri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

AZ2002019340

6 %

Faiz dərəcəsi

1000 USD

Nominal dəyəri

PASHA Yatırım Bankası A.Ş.

AZ2009020176

6.19 %

Faiz dərəcəsi

1000 USD

Nominal dəyəri

“Accessbank” QSC

AZ2005004281

10 %

Faiz dərəcəsi

1000 AZN

Nominal dəyəri

ABB səhmləri

AZ1004004581

%

Faiz dərəcəsi

0,27 AZN

Nominal dəyəri

BOKT "Embafinans" QSC

AZ2012020601

11.5 %

Faiz dərəcəsi

1000 AZN

Nominal dəyəri

"AccessBank" QSC

AZ2004004282

5,5 %

Faiz dərəcəsi

1000 USD

Nominal dəyəri

“AzerGold” QSC

AZ2002019878

4 %

Faiz dərəcəsi

100 USD

Nominal dəyəri

SOCAR

AZ2002019894

4.5 %

Faiz dərəcəsi

1000 USD

Nominal dəyəri

"Bank Respublika" ASC

AZ2006002888

8.5 %

Faiz dərəcəsi

1000 AZN

Nominal dəyəri

"TBC KREDİT" BOKT MMC

AZ2006019163

12 %

Faiz dərəcəsi

1000 AZN

Nominal dəyəri

"Finca Azərbaycan" QBKT MMM

AZ2004019207

12.5 %

Faiz dərəcəsi

100 AZN

Nominal dəyəri

“Unibank” KB ASC

AZ2013002020

9 %

Faiz dərəcəsi

1000 AZN

Nominal dəyəri

"Silk Vey Vest Aviaşirkəti" MMC

AZ2003023515

5 %

Faiz dərəcəsi

1000 USD

Nominal dəyəri

Hamısına bax

Risk diversifikasiyası

Aşağı riskli qiymətli kağızlar olan istiqrazlara yatırım, ümumi portfelin riskini azaltmaq imkanı verir.

Sabit və planlaşdırılan yüksək gəlirlik

İstiqrazlar müəyyən edilmiş müddətlərdə sabit faiz gəliri təmin etməklə, investorların gələcək pul vəsaitlərinin axınını əvvəlcədən müəyyən edir, maliyyə planlaşdırılmasını asanlaşdırır.

Geniş seçim imkanı

Bir-birindən fərqli qiymətli kağız növləri ilə öz büdcənizə və istəklərinizə uyğun yatırımlar edin.