2007-ci ildə yaradılan PAŞA Bank ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bank investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və KOB-lar üçün xidmətlər təqdim edir, əsasən qeyri-neft sektoruna xidmət göstərir. 31 dekabr 2024-cü ildə kapitalı 903 milyon AZN, aktivləri 8,6 milyard AZN olub və TOP-3 bank sırasında yer alır.
Baş ofis Bakıda, filialları və törəmə bankları Gürcüstan və Türkiyədə yerləşir. PAŞA Bank dəfələrlə EMEA Finance, Global Finance, Euromoney və World Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “Ən yaxşı investisiya bankı” adlarına layiq görülüb. Bank PAŞA Holdinqin tərkibinə daxildir, 1 400-dən çox əməkdaşı var və “Standard & Poor’s” reytinqinə əsasən “BB-” səviyyəsində qiymətləndirilib.
| Tam Adı: | "Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti |
|---|---|
| Quruluş tarixi: | 18.06.2007 |
| Sektor: | Maliyyə |
| Əlaqəli şəxs: | Kamil Allahverdiyev |
| Auditor: | EY |
| Baş ofis: |
13, Yusif Məmmədəliyev küç. Bakı, AZ1005, Azərbaycan
|
| Əlaqə telefonu: | (+99 412) 496 51 00 |
| E-mail: | office@pashabank.az |
| Rəsmi saytı: | https://www.pashabank.az/ |