23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitəcəkdir.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2001009268 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 300,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 ABŞ Dolları |
| İstiqrazların buraxılış həcmi | 30,000,000 ABŞ Dolları |
| İllik gəlirlilik faizi | 7% |
| Ödəmə Periodu | Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 5 il |
| Ticarətə buraxılma tarixi | 30.12.2025 |
| Anderrayter | “ABB-İnvest İnvestisiya Şirkəti” QSC |