“ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən elan edilən kotirovka sorğusunun nəticələri

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən

1)SMM;
2)Marketinq strategiyasının yazılması;
3) Brend hekayəsi (brand story) və brend kitabının (brand book) hazırlanması xidmətlərinin satın alınması

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC tərəfindən 1)SMM; 2)Marketinq strategiyasının yazılması; 3) Brend hekayəsi (brand story) və brend kitabının (brand book) hazırlanması xidmətlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində Marketinq strategiyasının yazılması, həmçinin Brend hekayəsi (brand story) və brend kitabının (brand book) hazırlanması xidmətlərinin satınalınması üzrə “McCann – Erickson Azerbaijan” MMC (VÖEN: 9900033731) şirkəti qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə ƏDV daxil 20473 (iyirmi min dörd yüz yetmiş üç) AZN (marketinq strategiyasının yazılması üzrə ƏDV daxil 9440 (doqquz min dörd yüz qırx) manat və brend hekayəsi (brand story) və brend kitabının (brand book) hazırlanması üzrə isə ƏDV daxil 11033 (on bir min otuz üç) manat) məbləğində və 1 il müddətinə müqavilənin imzalanmasına qərar verilmişdir.

SMM xidməti üzrə keçirilən kotirovka sorğusunda bütün podratçılar tərəfindən təqdim edilən təkliflərin qiyməti ehtimal olunan qiymətdən yüksək olduğu üçün kotirovka sorğusunun nəticələri Satınalma Komissiyasının qərarı ilə ləğv edilmişdir.