ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC ölkəmizdə ilk dəfə olaraq mühüm bir investisiya imkanını təqdim edib.
Artıq ABB mobile tətbiqi vasitəsilə ABŞ istiqrazlarına investisiya etmək mümkündür. Hər bir ABB mobile istifadəçisi birbaşa ABŞ dövlət və korporativ istiqrazlarına yatırım edə bilər.


ABŞ istiqrazları ABŞ dollarında sabit faiz gəliri təmin edən, səhmlərlə müqayisədə qiymət dəyişkənliyi nisbətən aşağı olan investisiya alətləridir. Bu istiqrazlar qısamüddətli (1 ilədək), ortamüddətli (3–5 ilədək) və uzunmüddətli (5 ildən çox) seçimlər təqdim edir.



Tətbiq üzərindən ABŞ istiqrazlarını ən kiçik məbləğdən başlayaraq rahatlıqla almaq və ehtiyac yarandıqda satmaq mümkündür. ABB mobile vasitəsilə investisiya etməyin əsas üstünlükləri prosesin yüksək etibarlılığı, sadəliyi və tam rəqəmsal mühitdə həyata keçirilməsidir.



Müştərilər bu imkan sayəsində risksiz (ABŞ dövlət istiqrazları) və az riskli (yüksək kredit reytinqli), təhlükəsiz və valyuta əsaslı gəlir əldə etmək imkanı qazanırlar.