21 aprel 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin ümumi dəyəri 15,000,000 (on beş milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
28 aprel 2022-ci il tarixində "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Ticarətə buraxlma tarixi |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2005002889 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
15,000 (ədəd) |
1,000 manat |
28.04.2022 |
8.5% |
2 il |
Hər 6 aydan bir |