“ABB-İnvest” şirkəti 2024-cü ilin ilk 8 ayının nəticələrini açıqlayıb.
2024-cü ilin ilk 8 ayının nəticələrinə əsasən, “ABB-İnvest”in Bakı Fond Birjasında dövriyyəsi 17.2 milyard manat, bazar payı isə 35.52% olub. Bakı Fond Birjasında Repo dövriyyəsində bazar payı 42.40 % təşkil edərək Repo əməliyyatlarında 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 46.76 % artım göstərib və hazırda bu istiqamətdə bazarın lideridir.
2024-cü ilin avqust ayında ümumi dövriyyə 2024-cü ilin 7 aylıq dövriyyəsinin 44.79 %-ni təşkil edib. 2023-cü ilin ilk 8 ayı ilə müqayisədə “ABB-İnvest”in bazar payı 12.38 %-dən 35.52 %-ə yüksəlib, dövriyyəsi isə 14.4 milyard manat, yəni 608% artıb.