Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə baş anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, sub anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2004004282 | Faizli təmin edilməmiş sənədsiz adlı | 5000 (ədəd) | 1,000 ABŞ dolları | 5,5 % | 18 ay | Hər 3 təqvim ayından bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər ABB-İnvest investisiya şirkətinə müraciət edə bilərlər.