"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002004581

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Rəqabətli

İstiqrazların sayı

1,000,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

100,000,000 manat

İllik gəlirlilik faizi

11%

Ödəmə periodu

ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

24.12.2024

Anderrayter

“ABB-İnvest İ.Ş.” QSC