Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

1 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2144024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 7 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.


Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,983.4995 (8.5%) manat və 9,984.6624 (7.9%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12,500,000 manat olmuşdur.


ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,983.4995 (8.5%) manat və orta ölçülmüş qiyməti isə 9,984.0592 (8.21%) manat olaraq müəyyən edilmişdir.


Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 12,500,000 manat təşkil etmişdir. 


Notların ödəmə tarixi 08.09.2023-cü ildir.




BFB