Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

30 noyabr və 1 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat


Notun müddəti (gün)  ISIN Hərrac tarixi Hərraca çıxarılan məbləğ (manat)  Nominal Miqdar Notun ödəniş tarixi
28 AZ2041024707 30.11.2022 30,000,000 100 300 28.12.2022
84 AZ2042024706 30.11.2022 30,000,000 100 300 22.02.2023
168 AZ2043024705 01.12.2022 30,000,000 100 300 18.05.2023
252 AZ2044024704 01.12.2022 30,000,000 100 300 10.08.2023



Hərracın gedişi zamanı hər bir bank tərəfindən yalnız 1 sifariş təqdim edilə bilər, verilmiş sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.


Mənbə: Bakı Fond Birjası