Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

25 yanvar və 26 yanvar 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün) ISIN Hərrac tarixi Hərraca çıxarılan məbləğ (manat)  Nominal Miqdar Notun ödəniş tarixi
28 AZ2065024708 25.01.2023 45,000,000 10 4.5 22.02.2023
84 AZ2066024707 25.01.2023 45,000,000 10 4.5 19.04.2023
168 AZ2067024706   26.01.2023 15,000,000 10 1.5 13.07.2023
252 AZ2068024705 26.01.2023 15,000,000 10 1.5 05.10.2023


Hərracda bir bank tərəfindən 2 rəqabətli sifariş təqdim edilə bilər. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.



Mənbə: Bakı Fond Birjası