Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

19 aprel və 20 aprel 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.


Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.


Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün) ISIN Hərrac tarixi Hərraca çıxarılan məbləğ (manat)  Nominal Miqdar Notun ödəniş tarixi
28 AZ2069024704 19.04.2023 30.000.000 10 3 17.05.2023
84 AZ2070024701 19.04.2023 30.000.000 10 3 12.07.2023
168 AZ2071024700  20.04.2023 30.000.000 10 3 05.10.2023
252 AZ2072024709 20.04.2023 30.000.000 10 3 28.12.2023


Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:


a. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);

b. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;

c. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər


Hərrac zamanı sifarişlərin növünə və həcminə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:


-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər. Verilən sifarişin məbləği hərraca çıxarılmış həcmin 10%-dən çox olmamalıdır.

-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Rəqabətli sifarişin məbləği hərraca çıxarılmış həcmin 8%-dən çox olmamalıdır.


Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunmuşdur.


Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.


Mənbə:BFB