Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

14 dekabr və 15 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün) ISIN Hərrac tarixi Hərraca çıxarılan məbləğ (manat)  Nominal Miqdar Notun ödəniş tarixi
28 AZ2049024709 14.12.2022 30,000,000 100 300 11.01.2023
84 AZ2050024705 14.12.2022 30,000,000 100 300 08.03.2023
168 AZ2051024704 15.12.2022 30,000,000 100 300 01.06.2023
252 AZ2052024703 15.12.2022 30,000,000 100 300 24.08.202


Hərracda bir bank tərəfindən verilən rəqabətli sifarişlərin sayına məhdudiyyət tətbiq olunmur. Bir bank tərəfindən verilmiş bütün sifarişlərin nominal məbləğlərinin cəmi hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.



Mənbə: Bakı Fond Birjası