Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

7 dekabr və 8 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün) ISIN Hərrac tarixi Hərraca çıxarılan məbləğ (manat)  Nominal Miqdar Notun ödəniş tarixi
28 AZ2045024703 07.12.2022 30,000,000 100 300 04.01.2023
84 AZ2046024702 07.12.2022 30,000,000 100 300 01.03.2023
168 AZ2047024701 08.12.2022 30,000,000 100 300 25.05.2023
252 AZ2048024700 08.12.2022 30,000,000 100 300 17.08.2023


Hərracın gedişi zamanı hər bir bank tərəfindən yalnız 1 sifariş təqdim edilə bilər, verilmiş sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir