Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjası QSC (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi  Yerləşdirmə tarixi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2001019341 Faizli, təmin edilməmiş, sənədsiz adlı 100000 (ədəd) 1000 ABŞ dolları 6%  03.03.2023 5 il İldə iki dəfə (6 aydan bir olmaqla)




Mənbə: Bakı Fond Birjası