“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 manat olan AZ2012020601 dövlət qeydiyyat nömrəli, 1,500,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 3 investor tərəfindən 1000 manat qiyməti ilə 3 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11,5 % , faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 01.09.2025-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
BFB