Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin 364 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir


6 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060025 ISIN-li, 90 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.


Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 92.3072 (8.3798%) manat və 93.8579 (6.58%) manat olan 36 sifariş təqdim edilmişdir.


Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.2833 (7.2399%) manat, orta ölçülmüş qiyməti isə 93.4505 (7.0471%) manat olaraq müəyyən edilmişdir.


Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151,744,500 manat, yerləşdirilmiş həcmi isə 90,000,000 manat təşkil edilmişdir.


İstiqrazların ödəmə tarixi 04.02.2025-ci ildir.


Qeyd:
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.





BFB