Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

16 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070106 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.


Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 94.6360 (8.99%) manat və 96.9036 (7.70%) manat olan 31 sifariş təqdim edilmişdir.


Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5768  (8.45%) manat, orta ölçülmüş qiyməti isə 96.2530 (8.0661%) manat müəyyən edilmişdir.


Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93,583,000 manat, yerləşdirilmiş həcmi isə 45,452,800 manat təşkil etmişdir.


İstiqrazların ödəmə tarixi 14.04.2026-cı ildir.


Hərrac iştirakçıları 17 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.


Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.




BFB