16 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040125 ISIN-li, 20 mln. manat həcmində, 1820 gün tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 20 investor tərəfindən qiymət intervalı 80.2307 (13%) manat və 96.5827 (8.35%) manat olan 30 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4960 (9.15%) manat, orta ölçülmüş qiyməti 95.1643 (8.7136%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90,863,400 manat, yerləşdirilmiş həcmi isə 20,000,000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 17 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 9 may 2028-ci il.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
BFB
23 Dekabr 2025
23 Yanvar 2025
24 Dekabr 2024