14 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə PASHA Yatırım Bankası A.Ş.-nin ümumi dəyəri 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 15-29 may 2024-cü il tarixləri aralığında PASHA Yatırım Bankası A.Ş.-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 30 may 2024-cü il tarixində baş tutacaqdır.
Yerləşdirmə üzrə əsas anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, digər anderrayterlər isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Yerləşdirmə Tarixi
|
Kupon faizlərinin ödəniş müddəti |
AZ2009020176 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
25,000 (ədəd) |
1,000 ABŞ dolları |
6,19% |
18 ay |
30.05.2024 |
İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir |