Çin Baş Gömrük İdarəsi: ABŞ-Çin ticarət dövriyyəsi 2022-ci ilin 11 ayında 2,4% artaraq 697 milyard 694 milyon dollara çatıb.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara görə, 2022-ci ilin ilk 11 ayında ABŞ və Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 2,4% artaraq 697 milyard 694 milyon dollar təşkil edib.
Çinin Baş Gömrük İdarəsinin məlumatlarına görə, yanvar-noyabr aylarında Çindən ABŞ-a ixrac illik müqayisədə 3,4% artaraq 535 milyard 995 milyon dollar təşkil edib. Çin ABŞ-dan isə 161 milyard 699 milyon dollarlıq mal idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.
Noyabrda iki ölkə arasında ticarət dövriyyəsi 57,281 milyard dollar təşkil edib, o cümlədən Çin ABŞ-a 40 milyard 805 milyon dollarlıq, ABŞ isə Çinə 16 milyard 476 milyon dollarlıq mallar ixrac edib.
2021-ci ilin sonunda Çin və ABŞ arasında ticarət dövriyyəsi 28,7% artaraq 755,6 milyard dollar təşkil etmişdi.
Mənbə: marja.az