Apple qanda şəkərin ölçülməsi texnologiyasına malik Apple Watch üzərində işləyir

Bu barədə Bloomberg məlumat yayıb.

Mark Qurmanın sözlərinə görə, Apple artıq müəyyən irəliləyiş əldə edib. Məlumdur ki, layihəyə şirkətdə ən məxfi hesab edilən Exploratory Design Group (XDG) rəhbərlik edir. Əgər belə ağıllı saatlar bazara çıxsa, çoxlu sayda yeni, diabet xəstələrinin diqqətini çəkəcək.

Bloomberg-in məlumatına görə, ABŞ-da hər on nəfərdən biri diabetdən əziyyət çəkir.