"Fitch"BP-nin reytinqi üzrə proqnozu yüksəltdi

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın enerji şirkəti BP plc-nin reytinqi üzrə proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.

Şirkətin uzunmüddətli emitent defoltu reytinqi (IDR) “A” səviyyəsində saxlanılıb, qısamüddətli reytinqi isə “F1” səviyyəsindən “F1+” səviyyəsinə yüksəldilib.

"Müsbət proqnoz 2022-ci ildə borcun əhəmiyyətli dərəcədə azalmasını və BP-nin 2023-cü ildən 20-25 milyard dollar aralığında xalis borcla daha konservativ maliyyə profilinə keçəcəyi gözləntisini əks etdirir", - Fitch analitikləri bildirib.



Mənbə: marja.az