Bazar ertəsi səhər bahalaşan qızılın qiyməti hər troy unsiyası üçün 1821 dolları keçib. Çin iqtisadiyyatını yenidən açılması və dolların zəifləməsi qiymətli metalın dəyərini dəstəkləyir.
Həftənin ilk günündə qızıl qlobal bazarlarda bahalaşır, çünki Çin epidemiya tədbirlərini yumşaldır, dollar ucuzlaşır.
Qızılın unsiyası bu həftənin ilk hərraclarında 1821 dolların üstünü test edib. Beləliklə, iyul ayından bəri ən yüksək səviyyələr qeydə alınıb. Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 12,25 dollar və ya 0,68% artaraq 1 troy unsiyası üçün 1821,85 dolları görüb.
ABŞ-dakı son məşğulluq məlumatları qızıl üçün daha mənfi mühit yaratsa da, qızılı aşağı qiymətlərdən alışlar da bahalaşdırır.
Dollar İndeksi, ötən həftə ərzində ümumilikdə 1,3 faiz düşdükdən sonra bu səhər təxminən 0,4% də geriləyərək zəif olaraq qalır. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,37% azalaraq 104,16 bənd təşkil edib. Dolların ucuzlaşması qızılı digər valyutalarda almaq üçün daha əlverişli edir.
Çin hakimiyyəti Kovid-19 məhdudiyyətlərini yüngülləşdirərək iqtisadiyyatın yenidən açılması prosesini sürətləndirib. Keçən həftə sərt tədbirlərə qarşı etirazlardan sonra karantin rejimi yumşaldılır.
Mənbə: marja.az