Dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan Starbucks-ın xalis mənfəəti 2022-2023-cü maliyyə ilinin birinci rübündə (27 dekabrda başa çatıb) illik müqayisədə 5% artaraq 855,2 milyon dollar təşkil edib.
Hesabat dövründə şirkətin gəlirləri 8,2% artaraq 8,7 milyard dollar olub, proqnoz 8,78 milyard dollar idi.
“Biz çətin qlobal istehlak və inflyasiya mühitinə, ümumilikdə zəif pərakəndə satış rübünə və birinci rübdə Çində Covidlə bağlı misli görünməmiş bağlanmalara baxmayaraq, güclü performansı göstərdik”,- şirkətin icraçı direktoru vəzifəsini icra edən Howard Schultz bildirib.
Şirkətin Çində satışları 29% azalıb, Dünyanın qalan hissəsində isə artıb. Birinci rübdə şəbəkənin qəhvəxanalarının sayı 459 artaraq 36 170 satış nöqtəsinə çatıb.
Starbucks səhmləri ticarət bağlandıqdan sonra 1,77% ucuzlaşıb.
1971-ci ildə Seattleda qurulan Starbucks, Dünya üzrə 36.000-dən çox qəhvəxana şəbəkəsini idarə edir.
Mənbə: marja.az