Çinin TikTok sosial şəbəkəsi avropalı istifadəçilərin məlumatlarının saxlanılması üçün Avropada iki məlumat mərkəzi açmağı planlaşdırır.
Bu barədə cümə günü şirkətin Avropa bölməsinin rəhbəri Riç Uotvort sosial şəbəkə saytında məlumat verib.
İstifadəçi məlumatları hazırda Sinqapur və ABŞ-da saxlanılır.
Qısa videoları yükləməyə imkan verən TikTok 2017-ci ildə istifadəyə verilib. Şəbəkənin sahibi Çinin "ByteDance" texnologiya şirkətidir. Hazırda Avropada TikTok istifadəçilərinin sayı 150 milyonu ötür. Xüsusən də, TikTok uşaqlar və yeniyetmələr arasında populyardır.
Mənbə: marja.az